Modern.az

Ziyad Səmədzadə: “Parlamentdə sağlam düşüncəli insanlar olmalıdır”

Ziyad Səmədzadə: “Parlamentdə sağlam düşüncəli insanlar olmalıdır”

Təhsil

29 Oktyabr 2015, 17:22

23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd Ziyad Səmədzadə seçiciləri ilə görüş keçirib.

Modern.az xəbər verir ki, bu dəfəki görüşdə deputatlığa namizəd Ziyad Səmədzadə gənc tələbələrlə, həmçinin öz dostları olan alim və ictimai xadimlərlə görüşüb.

Çıxış edən Ziyad Səmədzadə seçicilərinə hər yalan vədlərə uymamağa, ən layiqli olan namizədə səs verməyə çağırıb. 

O, gənclərin problemləri ilə daha yaxından maraqlandığını deyib: 

“Mən ərazimizdə olan problemlərlə maraqlanmışam və bu problemləri bilirəm. Sizlər də ən layiq olan namizədə səs verməlisiniz ki, problemlərinizi qabartsın və onların həlli istiqamətində real işlər görsün.”

Ziyad Səmədzadə bundan başqa gəncləri təxribatlara uymamağa, Azərbaycana yad olan ünsürlərə meyillənməməyə, gənclərin dövlətçilik amalı ətrafında birləşməyə çağırıb.

“Parlamentdə sağlam düşüncəli insanlar  olmalıdır. Milli Məclis sağlam deputatlarla təmsil olunmalıdır.” –deyən deputatlığa namizəd 1 noyabrda bütün seçicilərini məntəqələrə gələrək səs verməyə çağırıb.


Ağa Akifoğlu 

Emil Rasim

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi