Deputatlığa namizəd Vahid Əhmədov Alekseyevka kəndində seçiciləri ilə görüşüb.
Alekeseyevka kənd klubunda baş tutan görüşdə Alekseyevka kəndindən və Timiryazev qəsəbəsindən olan 300-dən artıq sakin iştirak edib.Tədbiri giriş sözü ilə açan namizədin vəkili İsa Şırinov Vahid Əhmədovun keçidiyi həyat yolundan, əmək və 10 il müddətindəki deputatlıq fəaliyyətindən danışmışdır.
Bildirilib ki, Vahid Əhmədov öz nüfuzu, bilik, bacarıq və səriştəsi, aktivliyi ilə daim seçicilərinin etimadını doğrultmuşdur.
Çıxış edən təqaüdçü Ziyəddin Mustafayev qeyd-şərtsiz Vahid Əhmədova səs verəcəklərini bildirərək əlavə edib ki, buna səbəb məhz kənd sakinləri tərəfindən ona edilən müraciətlərə daim həssaslıqla yanaşması, problemlərinin həllnə kömək edilməsi əsas verir. Kənd sakinləri çıxşlarında əsas propblemlərinin suvarma suyu, bağçılıqda istifadə edilən dərmanların keyfiyyətsizliyi olduğunu bildiriblər.
Təqaüdçülər isə təqaüdlərinin alınması üçün kənddə bankomatın qoyulmasının vacibliyini bildiriblər. Kənd məktəbinin yarasız vəziyyətdə olması səbəbindən yeni məktəb tikintisinin plana salınması da səslənsdirilən təkliflər arasında olub. Görüşdə çıxış edən namizəd Vahid Əhmədov onunla görüşə gələn sakilərə təşəkkür edib, seçiləcəyi təqdirdə yenə də həmişəki kimi seçicilərinə arxalanaraq haqqın tərəfində dayanacağını, onların etimadını doğruldacağını bildirib.
Vahid Əhmədov son illərdə ölkəmizdə aparılan quruculuq işlərindən, uğurlu daxili və xarici siyasətdən bəhs edib. Bildirib ki, son 13 ildə, eləcə də son günlərdə cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanın inkişafı, əhalnin rifah halının yaxşılaşdırılması istiqmaətində atılan addımlar günü- gündən ölkəmizin həm inkişafını, həm də nüfuzunu artırmaqdadır. Bu gün Azərbaycanın əsas məqsədlərindən biri siyasi və iqtisadi müstəqilliyinin qorunub saxlanılmasına, müstəqil siyasət yürütməsinə hesablanıb. Bu baxımdan da bir sıra dövlətlər bununla razılaşmayaraq ölkəmizə qarşı qarayaxma kampaniyası aparırılar.
Ölkəmizdə baş tutacaq bu seçkilər də bir daha demokratiya pərdəsi altında gizlənən həmin qüvvələrə əsl demokratiyanın nümunəsini göstərəcəkdir. Bu baxımdan namizəd hər bir vətəndaşı seçkilərdə mütəşəkkil iştiraka çağırıb.
Cənab Prezidentin siyasətini dəstəklədiyini bildirən Vahid Əhmədov son həftələrdə cənab Prezident tərəfindən aparılan islahatların əhalinin rifah halının yüksəlməsinə xidmət etdiyini bildirib.
Xüsusilə ölkə başçısı tərəfindən aparılan uğurlu xarici və daxili siyasətin nəticəsində əsas gəlirləri neftdən olan ölkəmizdə neftin qiymətinin yarıbayarı azalmasına baxmayaraq ciddi iqtisadi problemlərin olmadığnı diqqətə çatdırıb və 2016-ci ildə də ciddi problemlərin olmayacağını bildirib.