Modern.az

İŞİD Britaniyada terror aktı planlaşdırır

İŞİD Britaniyada terror aktı planlaşdırır

Təhsil

29 Oktyabr 2015, 17:44


Böyük Britaniyanın əsas kəşfiyyat strukturu sayılan MI5-in rəhbəri Endryu Parker İraq-Şam İslam Dövləti (İŞİD) qruplaşmasının ölkədə kütləvi terror aktları hazırladığını deyib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Parker Britaniyada terror aktının törədilmə səviyyəsinin 32 illik karyerası ərzində ən yüksək həddə çatdığını deyib.

Onun sözlərinə görə, ”Əl-Qaidə” qruplaşması da krallıq üçün böyük təhlükə törədir.   Britaniya hökuməti bundan əvvəl ölkədə terror səviyyəsini ən yüksək həddə çatdırmışdı.  

Vüqar İsmayılov          

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?