Modern.az

TürkPA-nın müşahidə missiyası Azərbaycandadır

TürkPA-nın müşahidə missiyası Azərbaycandadır

Təhsil

29 Oktyabr 2015, 20:27

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) müşahidəçiləri Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək məqsədilə Bakıya gəlib.

Modern.az –a qurumdan verilən məlumata görə, missiyaya Qazaxıstan Parlamenti Məclisinin üzvü Serikjan Kanayev rəhbərlik edir.

Müşahidəçilərin proqramına  Milli Məclisin sədri, TürkPA-nın fəaliyyətdə olan sədri Oqtay Əsədov, Mərkəzi Seçki Kommissiyasının sədri Məzahir Pənahov, həmçinin Xarici İşlər Nazirliyini bir sıra rəsmiləri ilə görüşlər daxildir. Noyabrın 2-də müşahidə missiyasının seçkilərin nəticəsinə dair mətbuat konfransı keçiriləcək.  

Qeyd edək ki, TürkPA müşahidə missiyası üzv ölkələrdə keçirilmiş prezident və parlament seçkilərini müşahidə etmək məqsədilə 2010-cü ildən fəaliyyətə başlayıb.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi