Modern.az

“Azay Quliyevdən gözləntilərimiz böyükdür”-FOTOLAR

   “Azay Quliyevdən gözləntilərimiz böyükdür”-FOTOLAR

Təhsil

29 Oktyabr 2015, 22:27

Bu gün seçicilərlə təmaslarını davam etdirən 8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputatlığa namizəd Azay Quliyev Koroğlu Rəhimov 53-A ünvanında yaşayan seçicilərin dəvəti ilə onların yaşadığı binada olub. Modern.az xəbər verir ki,  seçicilərinin müraciətlərini dinləyən və problemləri ilə yerindəcə tanış olan  Azay Quliyev qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq addımlar atacağını bildirib.

Gün ərzində Seçki Qərargahında 100-dən artıq seçici ilə fərdi və kollektiv görüş keçirən Azay Quliyev yenidən deputat seçiləcəyi təqdirdə müvafiq dövlət qurumlarının dəstəyi ilə mövcud problemlərin aradan qaldırılmasına yardım edəcəyini deyib.

Seçicilər Azay Quliyevdən gözləntilərinin böyük olduğunu və   1 noyabrda mütəşəkilliklə seçki məntəqələrinə gələrək ona səs verəcəklərini vurğulayıblar.

 

 

 

 

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi