52 saylı Quba seçki dairəsindən millət vəkilliyinə namizdəliyi irəli sürülmüş Vahid Əhmədov təbliğat-təşviqat mərhələsi çərçivəsində son görüşünü rayonun dindar kəsimi ilə keçirib. Dindarların təşəbbüsü ilə gerçəkləşdirilən görüşdə rayonun dini icma nümayəndəliklərinin rəhbərləri, bir sıra dindarlar iştirak edib.
Çıxış edən Ərdəbil məscidinin axundu, QMİ-nin şimal bölgəsi üzvə səlahiyyətli nümayəndəsi Hacı Naid Səttarov Vahid Əhmədovun keçdiyi həyat yolundan danışıb, onun bilik, bacarıq və nüfüzunun millət vəkili seçilməsi üçün əhəmiyyət daşıdığını, 10 il ərzində deputatlıq müddətində daim dindarların da problemlərinin, ehtiyaclarının həllinə həssaslıqla yanaşdığını, rayonda dini, tolerant durumu daim diqqətdə saxladığını bildirib. Hacı Elnur Əfəndiyev öz çıxışında ölkəmizdə dini tolerantlığın dünyaya örnək olmasından, bu istiqamətdə cənab Prezidentin apardığı uğurlu fəaliyyətlərdən danışıb. Vahid Əhmədovun 10 illik uğurlu fəaliyyətinə toxunan natiq növbəti 5 ildə də məhz Vahid Əhmədovun deputat olmağa layiq olduğunu bildirib və dövlətçililk təcrübəsi baxımından da Vahid Əhmədovun təkcə Qubamıza yox, ölkəmizə gərəkli millət vəkili olduğunu bildirib. Onunla görüşdüklərinə görə dindarlara təşəkkürünü bildirən Vahid Əhmədov ölkəmizdə hələ ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan tolerantlıq mühitinin, multikulturalizm nümunəsinin artıq Avropa ölkələri tərəfindən öyrənildiyini, bununla bağlı bir sıra ali məktəblərdə “Azərbaycan toleranlığı və multikulturalizmi” adlı dərsliklərin tədris edildiyini vurğulayıb. Dindarların daim dövlətimizin yanında olduğunu, dövlətçiliyi təbliğ etdiklərini vurğulayan millət vəkili qeyd edib ki, ölkəmizdə cənab Prezident başda olmaqla Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin apardığı uğulu fəaliyyətlər nəticəsində respublikamızda dini sabitlik hökm sürür, müxtəlif dinlərin, təriqətlərin nümayəndləri sülh və əminamanlıq şəraitində yaşayır, ibadətlərini edirlər. Bunun əsl demokratiyanın göstəricisi olduğunu bildirən millət vəkili ölkəmizi qısqanclıqla yanaşan bir sıra dövlətlərin burda dini zəmində ayrıseçkilik yaratmaqda, sabitliyi pozmaqda maraqlı olduğunu bildirərək dindarların da bu işdə ayıq-sayıq olması lazım gəldiyini və daim dövlətin, dövlətçiliyin mənafeyi naminə çıxış etmələrinin vacibliyini bildirib.Ölkəmizdə din dövlətdən ayrı olsa da, dindar dövlətdən ayrı ola blməz - deyən Vahid Əhmədov 1 noyabr seçkilərində dindarları da fəal iştirak etməyə və ölkəmizdə illərdir qorunub saxlanılan bu mühitin daha da möhkəmlənməsi üçün səy göstərməyə çağırıb.