Modern.az

Sevinc Hüseynovanın seçicilərlə görüşləri davam edir - FOTO

 Sevinc Hüseynovanın seçicilərlə görüşləri davam edir - FOTO

30 Oktyabr 2015, 12:31


103 saylı Gədəbəy Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Sevinc Hüseynovanın Gədəbəy rayonunun Qoşabulaq, Pərizamanlı, Moruxlu, Samanlıq, Nərimankənd, Çanaqçı, Arıqdam, Kiçik Qaramurad, Parakənd, Alnabat, Daryurd, Düzyurd, Miskinli kəndlərində və Gədəbəy şəhərində  seçicilərlə görüşü keçirilib.

Görüşlərdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının və partiyanın Mərkəzi Seçki Qərargahının rayon şöbəsinin sədri Rüstəm Nağıyev deputatlığa namizəd Sevinc Hüseynovanın ictimai-siyasi fəaliyyəti barədə seçicilərə geniş məlumat verib.

Deputatlığa namizəd Sevinc Hüseynova seçicilər qarşısında geniş çıxış edərək qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən bu gün Ümummilli liderimiz  Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi Azərbaycanı daha da güclü dövlətə çevirir. Ölkəmizdə bütün sahələrdə uğurlu dövlət siyasəti həyata keçirilir.

Məhz bu səbəbdən də reallaşdırılan siyasət, aparılan islahatlar öz müsbət nəticələrini göstərir. Artıq Azərbaycanın inkişaf modeli dünyanın bir sıra dövlətləri üçün nümunəyə çevrilib, həmin dövlətlər ölkəmizin təcrübəsindən yararlanmağa çalışırlar. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət son illərdə Azərbaycanın dinamik inkişafını təmin edib və respublikamızı dünyanın qabaqcıl ölkələri sırasına çıxarıb.

Seçicilər noyabrın 1-də keçiriləcək seçkilərdə  yüksək fəallıq göstərəcəklərini qeyd edərək  YAP-ın namizədini dəstəkləyəcəyini bildiriblər.     

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi