Modern.az

Elçin İsgəndərzadəyə görə bir qrup Azərbaycan ziyalısı seçicilərə müraicət etdi

Elçin İsgəndərzadəyə görə bir qrup Azərbaycan ziyalısı  seçicilərə müraicət etdi

30 Oktyabr 2015, 13:15


Azərbaycan Respublikası Milli Məclisinə seçkilər üzrə 122 saylı Xankəndi seçki dairəsinin seçicilərinə Azərbaycanın bir qrup ziyalıları müraciət etmişdir.

Modern.az müraciəti olduğu kimi təqdim edir:

“Əziz xankəndili seçicilər!

Ümumilli liderimiz Heydər Əliyevin ölkəmizin rifahı və inkişafı naminə əbədiyaşar ideyalarının həyata keçirilməsində, ölkəmizi regionun lider dövlətlərindən birinə çevirmiş möhtərəm prezidentimizin titanik fəaliyyətinin dəstəklənməsində ən ümdə məsələlərdən biri hal-hazırda ölkəmizin böyük coşqu ilə yaşadığı Parlament seçkilərinin demokratik və şəffaf keçirilməsi, Milli Məclisimizə ən layiqli namizədlərin seçilməsidir. Biz belə layiqli namizədlərdən biri kimi sizin səs verəcəyiniz dairədən deputatlığa namizədliyi qeydiyyata alınmış professor Elçin İsgəndərzadəni görürük. Biz uzun illərdir ki, Elçini dövlətçiliyimizə və millətimizə böyük sədaqətlə xidmət edən, Ümummilli liderimiz Heydər Əliyevin və onun yaratdığı Yeni Azərbaycan Partiyasının fanatlarından biri, həmin partiyanın fəal üzvü, Prezidentimizin həyata keçirdiyi bütün fəaliyyətlərini həm ölkəmizdə həm də onun hüdudlarından çox-çox kənarlarda layiqincə təbliğ edən və dəstəkləyən həqiqi vətənpərvər, vicdanlı ziyalı, görkəmli alim, istedadlı şair, gözəl pedaqoq, qayğıkeş ata kimi tanıyırıq. 

Uzun illərdir ki, texnika elmləri doktoru, professor və hal-hazırda Azərbaycan Texniki Universitetinin kafedra müdiri olaraq çalışan Elçin İsgəndərzadə ölkəmizdə yüksək ixtisaslı ali kadrların hazırlanmasında böyük xidmətlər göstərmiş və bu xidmətlərinə görə respublika Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülərək ona “Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi” fəxri adı verilmişdir. 

Azərbaycanın tanınmış şairlərindən biri olaraq Elçin İsgəndərzadə bütün əsərlərində öz vətənpərvərliyi və istedadı ilə seçilmiş, kitabları müxtəlif xarici dillərə çevrilərək dünyanın 30-dək ölkəsində çap olunmuş və həmin ölkələrin beynəlxalq mükafatlarına, orden və medallarına layiq görülmüşdür. 

200-dən çox elmi əsərin, 48 ixtiranın, 14 monoqrafiya və dərs vəsaitinin, 85 bədii kitabın müəllifi olan Elçin İsgəndərzadə Azərbaycan elmini 50-dən çox beynəlxalq elmi qurultay, konfrans, simpoziumlarda təmsil etməklə eyni zamanda «Гафгаз Халглары» Бейнялхалг Елмляр Академийасынын (Gürcüstan), Avropa Тябият Елмляри Академийасынын (Almaniya),   Бейнялхалг Кадр Академийасынын (Ukrayna), Тябриз Дил вя Кцлтцр Академийасынын (İran), Тцрк Дцнйасы Арашдырмалары Бейнялхалг Елмляр Академийасынын (Türkiyə), Авропа Мядяниййят Академийасынын (Bolqarıstan),   İtaliya Beynəlxalq Elmlər Akademiyasının (İtaliya),   Vatikan Bonefisiana Beynəlxalq Akademiyasının (Vatikan),   Gürcüstan Milli Elmlər Akademiyasının (Gürcüstan) щягиги (академик) цзвц seçilmişdir.

Elçin İsgəndərzadə 2004-cü ildə Avrasiya Mədəniyyət Səfiri seçilmiş, 2010-cu ildə Dünya Böyük Şeir Mükafatına (The World Grand Prize for Poetry) layiq görülmüş, 2011-ci ildə YUNESKO-nun medalı ilə təltif olunmuşdur. 2009-cu ildən Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyasının Türkdilli ölkələr şöbəsinin rəhbəridir. 

“Avropanın Fəxri İxtiraçısı” və “Avropanın Fəxri Elm və Mədəniyyət Xadimi” fəxri adlarına layiq görülmüşdür.

2013-cü ildə E.İsgəndərzadə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasına üzv seçilmiş, Prezident təqaüdünə layiq görülmüş və “Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi” fəxri adı və medalı ilə təltif edilmişdir.

Əziz Xankəndili seçicilərimiz!

Biz, ölkə prezidentimizin və xalqımızın işğal olunmuş torpaqlarımızın geri qaytarılması yolunda apardıqları yorulmaz mücadilənin sonunda Sizlərin ən yaxın zamanda öz ata-baba yurdlarınıza qayıdacağınıza inanır, Sizlərə möhkəm can-sağlığı, işlərinizdə uğurlar arzulamaqla öz səsinizi ən layiqli namizədinizə verəcəyinizə şübhə etmirik. Sizlərə dərin hörmətlə;

 

 

Əlişir Musayev - Məhşur “91”-lərdən, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru

Böyükkişi Ağayev – akademik, Dövlət mükafatı laureatı, M. Topçubaşov adına Elmi Cərrahiyə İnstitutunun direktoru

Xoşbəxt Yusifzadə - akademik, Əməkdar elm xadimi, 2 dəfə Dövlət mükafatı laueratı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 1-ci vitse prezidenti

Vasim Məmmədəliyev - akademik, Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin “İlahiyyət” fakultəsinin dekanı

Hətəm Quliyev – akademik, AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri

Havar Məmmədov - Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor, Azərbaycan Texniki Universitetinin rektoru

Mustafa Babanlı – texnika elmləri doktoru, professor, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru

Gülnaz Abdullazadə - Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor, Bakı Musiqi Akademiyasının prorektoru

Tofiq Bakıxanov – xalq artisti, Bakı Musiqi Akademiyasının professoru

Nəriman Həsənzadə - xalq şairi, Dövlət mükafatı laureatı

Zəlimxan Yaqub - xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri

Rasim Balayev – xalq artisti, Dövlət mükafatı laureatı

Amalya Pənahova - xalq artisti, Dövlət mükafatı laureatı, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru

Mənsum İbrahimov – xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru

Nizaməddin Şəmsizadə - Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor, namizədin vəkili

Həsən Hüseynov - Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor, Azərbaycan Texniki Universitetinin kafedra müdiri

Məhbubə Vəliyeva - Əməkdar müəllim, tibb elmləri doktoru, professor, Azərbaycan Tibb Universitetinin kafedra müdiri

Paşa Qəlbinur – şair, Əməkdar həkim, tibb elmləri doktoru, professor, Azərbaycan Tibb Universitetinin kafedra müdiri

Bəhram Zahidov – hüquq elmləri doktoru, professor, AMEA-nın   Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini

Habil Qurbanov- hüquq elmləri doktoru, professor, AMEA-nın  Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri

Ceyhun Məmmədov – 7 dəfə dünya çempionu, Əməkdar  idman xadimi, Azərbaycan Sambo Federasiyasının prezidenti

Qərib Mehdi – Əməkdar jurnalist, yazıçı-dramaturq, “Yüksəliş” qəzetinin baş redaktoru

İttifaq Mirzəbəyli - Əməkdar jurnalist, “Xalq qəzeti”nin şöbə müdiri

Rəşad Məcid – Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru, əməkdar mədəniyyət işçisi

Azər Turan – “Ədəbiyyat qəzeti”nin baş redaktoru, Əməkdar mədəniyyət işçisi

Əbülfət Mədətoğlu – şair, Əməkdar jurnalist, “Ədalət” qəzetinin baş redaktoru

 Əli Mahmud – şair, “Qarabağa aparan yol” qəzetinin baş redaktor müavini

Buludxan Xəlilov – filologiya elmləri doktoru, professor,  N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, namizədin vəkili

Şikar Qasımov – Yeni Azərbaycan Partiyasının ərazi təşkilatının sədri, tarix elmləri doktoru, professor, kafedra müdiri, namizədin vəkili

Ramiz İsgəndərov – iqtisad  elmləri doktoru, professor, Azərbaycan Texniki Universitetinin kafedra müdiri, namizədin vəkili

Əyyub Kərimov – fəlsəfə  elmləri doktoru, Azərbaycan Texniki Universitetinin kafedra müdiri, namizədin vəkili

Muğan Quliyev – fizika riyaziyyat elmləri doktoru, professor, Gəncə Dövlət Universitetinin dekanı, namizədin vəkili

Telman Rəsulov - təqaüdçü, Gəncə şəhərində məskunlaşmış xankəndililərin el ağsaqqalı, namizədin vəkili

Əli Rza Xələfli – şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kredo” qəzetinin baş redaktoru, namizədin vəkili


 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi