Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda təlim konfransı keçirilib.
Modern.az xəbər verir k, Təhsil Nazirliyinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı ilə keçirilən konfransda nazirliyin əməkdaşları, media qurumlarının, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsillə bağlı olan QHT nümayəndələri və təhsil ekspertləri iştirak ediblər.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı bu təlim konfransının önəmindən, təhsilin mediada bu cür işıqlandırılmasından danışıb: “Biz Təhsil Nazirliyinə bir layihə irəli sürmüşük.
Layihəyə əsasən təhsil almayan, hərbi xidmətə gedib qayıdan insanların MBA təhsili kimi axşam təhsilini təşkil etmək istəyirik”.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid həyata keçirilən bu tədbirin mühüm əhəmiyyət kəsb etdiyini deyərək: “Sosial şəbəkələr bizi nə dərəcədə qane edir? Bəzi media orqanları məsələlərə qeyri-peşəkar yanaşırlar”.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, bu gün dünyada elektron medianın sürətli inkişafı bütün sahələrə təsir edib: “Amma bəzi media orqanları bəzi məsələlərə qeyri-peşəkar yanaşırlar. Məsələn, keçən il cəbhə ilə bağlı yazılan məlumatlar, bu, yolverilməzdir.”
Bu təlim konfransı Təhsil Nazirliyinin “Media və Təhsil” dialoqu çərçivəsində sayca 4-cü konfransdır.
Ağa Akifoğlu
Emil Rasim