Modern.az

Ermənilər Rusiya ilə birləşmək istəyirlər

Ermənilər Rusiya ilə birləşmək istəyirlər

31 Oktyabr 2015, 16:15


“İnteqrasiya barometri” araşdırma proqramı çərçivəsində keçirilən sorğunun nəticəsinə görə, Ermənistan vətəndaşlarının 58,9 faizi (respublikada rəyi soruşulanların 1105 nəfəri) Rusiya ilə birləşməyi mümkün hesab edir.

Modern.az Ermənistan mediasına istinadən bildirir ki, bu  haqda Erməni marketinq assosiasiyasının prezidenti Aram Navasardyan bəyan edib. Respondentlərin 28,1 faizi hesab edir ki, Ermənistan heç bir ölkəyə birləşməməlidir

Rəyi soruşulanların 8,2 faizi Avropa İttifaqına, 1,3 faizi Gürcüstanla, 1 faizi Belarusla birləşməyə müsbət yanaşıb.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi