Modern.az

Bir ildə dörd “Airbus” təyyarəsi qəzaya uğrayıb

Bir ildə dörd “Airbus” təyyarəsi qəzaya uğrayıb

31 Oktyabr 2015, 17:41


Misirdə Rusiyaya məxsus “Airbus”un qəzaya uğraması son bir il ərzində bu tip təyyarə ilə bağlı baş verən dördüncü hadisədir. Modern.az xarici mediaya istinadən bildirir ki, 2014-cü il dekabrın 28-də AirAsia şirkətinə məxsus “Airbus” Yavansk dənizinə düşüb. O zaman təyyarədki 162 nəfər həlak olub. Qəzanın səbəbi indiyədək müəyyənlşdirilməyib. 

Bu tip təyyarənin daha bir qəzası 2015-ci il martın 24-də Fransanın Alp dağlarında qeydə alınıb. İkinci pilot Andreas Lyubits qəsdən təyyarəni dağlara çırpıb. Qəza zamanı 150- nəfər həyatını itirib. Bir sərnişin belə sağ qalmayıb. 

Martın 23-də Kanadanın Qalifaks şəhərindəki beynəlxalq hava limanında “Airbus 320” qəza vəziyyəti ilə üzləşib. “Air Kanada”ya məxsus hava gəmisi hava limanını təchiz edən elektrik xəttinə dəyib. Göyərtəsindəki 100-ə yaxın insanın heç biri xoşbəxtlikdən sağ qalıb.

Bu gün Misirdə qəzaya uğrayan “Airbus A321”də 217 sərnişin (17-si uşaqdır), 7 ekipaj üzvü olub. Onların arasında sağ qalanın olub-olmadığı hələ ki bəlli deyil.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi