Modern.az

Azay Quliyevin dairəsində təxribatçı qrup aşkarlandı

Azay Quliyevin dairəsində təxribatçı qrup aşkarlandı

1 Noyabr 2015, 11:13

“Bu gün ölkənin hər yerində olduğu kimi, 8 saylı Binəqədi birinci seçki dairəsində də vətəndaşlar səsvermə hüquqlarını həyata keçirirlər. Ancaq təəssüflər olsun ki, seçici dəstəyi almağa ümidi olmayan bəzi namizədlər artıq  təxribat xarakterli hərəkətlərə başlayıblar”.
Bu açıqlama ilə Azay Quliyevin  Seçki Qərargahının  mətbuat xidməti çıxış edib.

Bildirilib ki, məntəqələrdən alınan məlumata görə əvvəlcədən hazırlanmış təxribat qrupu seçki prosesinə müxtəlif formalarda müdaxilə edirlər.

“Onlar komissiya üzvlərinin, müşahidəçilərin fəaliyyətinə mane olmağa, süni gərginlik törətməyə, səsverməyə gələn seçicilərdə çaşqınlıq yaratmağa, bununla da normal seçki prosesini pozmağa çalışırlar.

  Bu məqsədlə, xüsusi hazırlanmış qrupa hətta saxta jurnalist vəsiqəsi, foto və video çəkiliş aparmaq üçün texniki avadanlıqlar paylanıb. Onlar məntəqələrin qarşısında və içərisində öncədən planlaşdırılmış “ssenarilər” əsasında  öyrədilimiş şəxslərdən müsahibələr alır, foto və video çəkilişlər aparırlar. Eyni zamanda hazırladıqları dezinformasiyaları və saxta materialları sosial şəbəkələr vasitəsilə yaymaqla məşğuldurlar”.

  Bununla bağlı Azay Quliyevin  Seçki Qərargahının  mətbuat xidməti Mətbuat Şurasının “Qaynar-xətt”inə müraciət edərək mediaya aidiyyatı olmayan şəxslərin saxta jurnalist vəsiqələrindən istifadə edərək 8 saylı Binəqədi birinci seçki dairəsi ərazisində törətməyə çalışdıqları təxribatçı hərəkətlərin qarşısının alınması üçün lazımi tədbirlər görməyə çağırıb. 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi