Modern.az

Məzahir Pənahov: “ Şikayət edənlər vaxt itirməsin”

Məzahir Pənahov: “ Şikayət edənlər vaxt itirməsin”

2 Noyabr 2015, 20:20

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə noyabrın 1-də keçirilmiş seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılıb.

Modern.az APA-ya istinadən bildirir ki,  MSK üzvü Validə Kazımova deyib ki, 53 saylı Quba-Qusar Seçki Dairəsində namizədliyi qeydə alınmış Tərlan Şəfiyev səsvermə günü bu seçki dairəsində qanunvericiliyin tələblərinin pozulması barədə şikayət edib. MSK şikayəti aidiyyəti üzrə baxılmaq üçün  müvafiq dairə seçki komissiyasına göndərib.  
 
MSK üzvü Qabil Orucov 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsində namizədliyi qeydə alınmış Mehriban Zeynalovanın şikayəti barədə məlumat verib. Bu şikayət də araşdırılması üçün müvafiq DSK-ya göndərilib. 
 
MSK sədri Məzahir Pənahov deyib ki, namizədlər vaxt itirmədən şikayətləri müvafiq qaydada təqdim etməlidirlər.    

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi