Paytaxt parklarından birində gözlənilməz hadisə baş verib. Modern.az musavat.com-a istinadən xəbər verir ki, şair Mikayıl Müşfiqin abidəsindən oğurluq edilib. Oğurluq hadisəsi Yasamal rayonu ərazisində yerləşən parkda baş verib.
Mikayıl Müşfiqin abidəsinin ətrafında quraşdırılan elektrik şitlərindən 9 ədəd avtomat oğurlanıb. Elektrik şitləri heykəlin işıqlandırılması üçün quraşdırılmışdı.Qeyd edək ki, şairə məxsus abidə Bakı Şəhər İcra Hakimiyyətinə aiddir.
Modern.az