Modern.az

Azay Quliyev sosial şəbəkədə seçicilərinə söz verdi

 Azay Quliyev sosial şəbəkədə seçicilərinə söz verdi

2 Noyabr 2015, 23:30

V çağırış Milli Məclisə seçkilərdə 8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputat seçilən Azay Quliyev sosial şəbəkədə seçicilərinə müraciət edib. Modern.az xəbər verir ki, millət vəkili öz  “ Facebook” səhifəsində təşəkkür edərək, ona göstərilən etimadı doğruldacağını bəyan edib:   “Əziz seçicilər! Dəyərli dostlar! Noyabrın 1-də azad, ədalətli və demokratik şəkildə Milli Məclisə keçirilən seçkilərdə yüksək fəallıq nümayiş etdirərək 8 saylı Binəqədi birinci Seçki Dairəsindən məni deputat seçdiyiniz üçün hər birinizə təşəkkür edirəm. Biz seçki kampaniyası dövründə sizlərlə çoxsaylı görüşlər keçirdik. Bu görüşlərdə sizlər böyük həvəslə iştirak edərək seçkidə mənə səs verəcəyinizi bildirirdiniz. Seçkinin nəticələri verdiyiniz vədə necə sadiq olduğunuzu bir daha nümayiş etdirdi.” Millət vəkili seçkilərin şəffaflığı ilə bağlı fikirlərini də bölüşüb: “Fürsətdən istifadə edərək, yerli və beynəlxalq müşahidəçilərin də qeyd etdiyi kimi seçkilərin qanunvericiliyin tələblərinə və beynəlxalq standartlara uyğun keçirilməsi üçün yaradılan şəraitə görə dövlətimizə və cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.  Əziz seçicilər! Sizin göstərdiyiniz yüksək inam və etimad mənim üçün böyüş şərəf və məsuliyyətdir. Əmin ola bilərsiniz ki, qarşıdakı beş il müddətində sizin hüquq və mənafelərinizin qorunması, Binəqədi rayonunun və həmçinin ölkəmizin daha da inkişafı üçün var gücümlə çalışacağam.” Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi