Ötən gecə Moskva-Yerevan reysi ilə hərəkət edən sərnişin avtobusu Tula şəhərində qəzaya uğrayıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Tula vilayətinin qubernatoru Vladimir Qruzdyev sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 8 nəfərin həlak olduğunu, 47 nəfərin xəsarət aldığını bildirib.
Qubernator avtobusda ümumilikdə 63 nəfərin olduğunu bəyan edib: “Bu dəhşətli qəzada 8 nəfər həlak olub. Onların hamısı Ermənistan vətəndaşıdır”.
Tula vilayətinin xəstəxanalarında 35 yaralı müalicə alır. Onlardan 10-nun vəziyyəti xüsusilə ağırdır.
Məlumata görə, “Don” yolunun Uzlovsk rayonunda baş verən qəza zamanı “Hyundai” markalı avtobus aşıb. Ehtimallara görə, qəzaya səbəb sürücünün sükan arxasında yuxuya getməsi olub.
Vüqar İsmayılov