Modern.az

Azərbaycanda 5 gün iş olmayacaq

Azərbaycanda 5 gün iş olmayacaq

3 Noyabr 2015, 11:10

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Həmrəylik Günü, ilə əlaqədar 31 dekabr, 1-2 yanvar tarixləri qeyri–iş günü olacaq. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib.

Müvafiq olaraq 2016-ci il 2 və 3 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Yeni ildə 5 gün qeyri-iş günü olacaq. 6 günlük qrafiklə işləyənlər üçün 4 gün, 5 günlük qrafiklə işləyənlər üçün 5 gün tətil olacaq.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi