Modern.az

Əziz Nesinin oğlu CHP üzvlərini hirsləndirib

Əziz Nesinin oğlu CHP üzvlərini hirsləndirib

3 Noyabr 2015, 13:21


Türkiyənin tanınmış yazıçısı Əziz Nesinin oğli Ali Nesinin “Cümhuriyyət Xalq Partiyası saçı sarıya boyanmış olanları partiyadan ixrac etməlidir. Gerisi özbaşına gəlir” fikri ciddi reaksiyaya səbəb olub.

Modern.az Türkiyə mediasına istinadən bildirir ki, buna görə üzr istəyən Ali Nesin deyib: “Məqsədim CHP-nin proyektlərini xalqa izah edə bilməmək problemini təəccüblü bir həcvlə ifadə etmək idi. Aydındır ki, bacara bilməmişim”.

Nesin bir başqa açıqlamasında prezident Rəcəb Tayyib Ərdoğan üçün bu ifadələri işlədib: “Rəcəb Tayyib Ərdoğan yüksək səviyyəli, dahi səviyyəsində bir stratekdir. Bunu qəbul edək və kimlə aşıq atdığımızı yaxşı bilək”.  

Ali Nesinin “Facebook” səhifəsində paylaşdığı fikirlər belədir:  

"Baykaldan sonra CHP-nin başına Kılıçdaroğlu keçdiyində xeyli ümidlənmişdim doğrusu. Amma rəhbərliyi qəbul edəndə ilk açıqlamasında kürd və şiə sözlərini işlətməsi bütün ümidlərimi söndürdü.

Əgər o gün Kılıçdaroğlu Ecevidvari bir inqilabçı çıxış etsəydi və söz arasında da olsa, ağzında gəvələyərək də olsa CHP-nin keçmiş günahları ilə bir şəkildə bağlarını qoparıb AKP-nin əlindəki majör qozları ala bilsəydi, Gezi olaylarından və ortaya çıxan sui-istifadələrdən çox daha çox faydalana bilərdi. Ardından Sarıgül və İhsanoğlunun namizədlikləri CHP-nin kiçik hesab arxasında olduğunun əsas dəlili oldu.

Kədərlənərək söyləyirəm.   İkiüzlülük CHP-nin paçalarından axır. Keçmişlə bütün bağlarını qoparıb bir növ neo-kamalizm təyin etməsi lazımdır. Ancaq o zaman 26 faizin üstünə çıxa bilər; bəlkə çox gecdir.. Bu halı ilə bir moruklar partiyası olmağa məhkumdur.  

CHP-nin atması lazım olan ilk addım saçı sarıya boyanmış olanları partiyadan ixrac etməkdir. Gerisi özbaşına gəlir”.  

Ali Nesin bunu paylaşandan sonra verilən reaksiyalara belə açıqlama verib: “Yəqin bir üzrxahlıq borcluyam. Dünən gecəki “saçı sarıya boyalı” mesajımla xeyli təqibçimi istəmədən qırmışım.

Məqsədim CHP-nin proyektlərini xalqa izah edə bilməməsi problemini bir həcvlə ifadə etmək idi. Aydındır ki, bacara bilməmişim. Paylaşmalarımda kimsəni qırmamağa diqqət göstərərəm, bu səfər bacara bilməmişəm. Ürəyini qırdıqlarımdan bütün səmimiliyimlə üzr istəyərəm”.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi