Modern.az

Bakıda nazirlik işçisi zəhərlənib öldü

Bakıda nazirlik işçisi zəhərlənib öldü

3 Noyabr 2015, 13:58

Noyabrın 2-də Yasamal rayonu ərazisində yaşayan Məcid Abdulkərimov mənzilində dəm qazından zəhərlənərək dünyasını dəyişib. Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, noyabrın 3-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayan Hədiyyə Hacıyeva dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.  

"Report"un məlumatına görə, Məcid Abdulhəkimov İqtisadiyyat və Sənaye Nazirliyinin - Sahibkarlığa Kömək Milli Fondunun Kadr və kargüzarlıq sektorunun əməkdaşı imiş.

Modern.az
 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi