Modern.az

Ermənilər Qarabağ üçün yenə pul yığacaq

Ermənilər Qarabağ üçün yenə pul yığacaq

3 Noyabr 2015, 14:50


“Hayastan” ümumerməni fondu 2015-ci il noyabrında növbəti illik telemarafon keçirəcək.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, noyabrın 26-sı Los-Ancelesdə başlayacaq telemarafonda əsas məqsəd Dağlıq Qarabağda 5 və daha artıq uşağı olan ailələr üçün ev tikintisinə ianə toplamaq olacaq.

Telemarafon 12 saat davam edəcək və dünyanın müxtəlif ölkələrində yaşayan erməni diasporunun nümayəndələri “Hayastan” fondunun bank hesablarına vəsait köçürəcək.  

2014-cü ildə keçirilən sonuncu telemarafonda 12,3 milyon dollar vəsait toplanıb. 1992-ci ildən bəri “Haysatn” fondunun keçirdiyi tədbirlərə 250 milyon dollardan artıq ianə toplanıb.  

Vüqar İsmayılov    

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi