Modern.az

Mübariz Qurbanlının qərarını ekstasens də dəstəklədi: “Falçılar şarlatandır”

Mübariz Qurbanlının qərarını ekstasens də dəstəklədi: “Falçılar şarlatandır”

3 Noyabr 2015, 17:00


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, dini ayinlərin və mərasimlərin yalnız rəsmi aidiyyəti şəxslər tərəfindən keçirilməsi ilə bağlı qərar layihəsi hazırlanır. Qərar layihəsinin Nazirlər Kabinetinə təqdim olunacağını deyən M. Qurbanlı qeyd edib ki, bu qərarın qüvvəyə minməsi ilə eyni zamanda falçılıqla məşğul olanların da fəaliyyəti qadağan olunacaq: “Səmavi dinlərdə, o cümlədən İslamda falçılıq onsuz da qəbul edilmir”.

Komitə sədri bildirib ki, belə hallara yol verən şəxslər həmin qərar əsasında ciddi cəzalandırılacaqlar.

Ekstrasens, parspsixoloq, xiromant Vahid Məcidov Modern.az saytına açıqlamasında bu qərarı yüksək qiymətləndirdiyini bildirib. O, deyib ki, zamanla bu işlə məşğul olan insanlara qarşı özü də mübarizə aparıb:

“Mən bilirəm ki, falçıların bir çoxu şarlatanlardır. Buna baxmayaraq intuisiyalı insanlar da var ki, onların proqnozları həqiqəti əks etdirir. Fala baxmaq, şarlatanlıq, kiminsə cibinə girmək yolverilməzdir. Onlara qarşı mübarizə aparılmasının tərəfdarıyam, daha da amansız olmaq lazımdır. Mən özüm də falçılardan zərər çəkmişəm, istəyərdim ki, hər şey elmi əsaslarla həyata keçirilsin”.

Parapsixoloq azərbaycanlılar arasında kifayət qədər bacarıqlı ekstrasenslərin olduğunu vurğulayıb. O, ekstrasens Zirəddin Rzayevin qabiliyyətini yüksək qiymətləndirdiyini deyib:

“Mənim ona çox böyük hörmətim var, bacarıqlıdır. Mən özüm xalça ustası olmuşam. Problemlərlə qarşılaşandan sonra bilmişəm ki, dünyanın başqa üzü də varmış. Belə şeylərlə mənfi qüvvələrdən qorunmaq olar. Şarlatanları üzə çıxarmaq lazımdır”.

Mən özüm xiromant, parapsixoloqam. Prosedurun həyata keçirilməsini çox yaxşı bilirəm. Hər bir halda bu məsələlərə elmi cəhətdən yanaşmağa çalışıram”.

Ekstrasens indiki halda ona müraciət edənlərin sayının kifayət qədər çox olduğunu bildirib:

“İşi düz gətirməyən, ailədaxili problemləri olanlar, psixoloji problemləri olanlara müxtəlif üsullarla kömək etməyə çalışıram”.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi