Modern.az

Bakıda iş adamı intihar etmək istədi - FOTOLAR

Bakıda iş adamı intihar etmək istədi - FOTOLAR

3 Noyabr 2015, 17:23


Fövqəladə Hallar Nazirliyinin əməkdaşları intihar etmək istəyən iş adamını fikrindən daşındıra bilib. Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilir ki, hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub:

“Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib. Müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb. Əməliyyat saat 16:14-də başa çatıb”.

Qeyd edək ki, 9-cu mikrorayon ərazisində Zərifə Əliyeva adına göz xəstəxanasının yanındakı zeytun bağının içərisində tikilmiş binanın sahiblərindən biri binanın damına çıxaraq, özünə qəsd etmək istədiyini bildirib. Məlumata görə, binanı sökmək istəyirlər.


Gülşən RAUFQIZI
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi