Bakı şəhəri, Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın binanın zirzəmisindən başlayıb. Belə ki, zirzəmidə yerləşən elektrik lövhəsinin çıxış kabeli 3 p.m yanıb.Yanğın zamanı mənzillərdə 15 nəfər sakin onlardan 6 nəfəri azyaşlı yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Binanın şaxtasından keçən kabellər yanğından mühafizə olunub. Yanğın saat 22:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az