Modern.az

Təmas xəttində monitorinq olacaq

Təmas xəttində monitorinq olacaq

4 Noyabr 2015, 11:07


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 5-də Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyindən Modern.az saytına verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Xristo Xristov və Piter Svedberq keçirəcəklər.  

Modern.az  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?