“Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları mart ayında cəbhə xəttindən Azərbaycana keçən hərbi əsirə baş çəkiblər”.
Bu haqda Modern.az saytına Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.O qeyd edib ki, baş çəkmə noyabrın 2-də həyata keçirilib: “Erməni hərbçiyə ailə məlumatları çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb”.
Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan bu il martın 22-də öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan hərbçilərinə təslim olub.
Gülşən RAUFQIZI