Rusiyaya məxsus yük təyyarəsi Cənubi Sudanda qəzaya uğrayıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 5 heyət üzvü və 7 sərnişin olub.
Son məlumatlara görə, təyyarə qəzası 10 nəfərin ölümünə, 2 nəfərin isə ağır xəsarət almasına yol açıb.
Oktyabrın 31-də Rusiyanın Airbus A321 təyyarəsi Misirdə qəzaya uğrayıb. Həmin qəzada 224 nəfər həlak olub.
***
Son məlumatlara görə, qəza nəticəsində ölənlərin sayı 40-ı ötüb.
Vüqar İsmayılov