Modern.az

Qaz sayğacı koda düşəndə necə açmaq olar - AÇIQLAMA

Qaz sayğacı koda düşəndə necə açmaq olar - AÇIQLAMA

Təhsil

4 Noyabr 2015, 14:58


Qaz kəsiləndə abonentlərin sayğaclarının avtomatik koda düşməsi əhalidə ciddi narazılıq yaradırdı. Bunu nəzərə alan “Azəriqaz” İstehsalat Birliyi koda düşən qaz sayğaclarının açılmasını abonentlərə yönəldib. Modern.az saytının verdiyi məlumata görə, bundan sonra  hər bir abonent koda düşən sayğacını öz smart kartı ilə aça biləcək.

Bunu necə etməli?

1. Smart kartınıza 1 manat pul yükləyirsiniz (Yüklədiyiniz xidmət haqqı deyil);

2. Sayğacın girişindəki krantı bağlayırsınız;

3. Kartı sayğaca daxil edirsiniz. Ekranda sol tərəfdə “9” və “-----“ xətt olanda barmağınızla “Göy” düyməni sıxırsınız. Sonra ekrana “OP190” yazısı gələndə, barmağınızı düymədən götürüsünüz. Geriyə say başlayıb bitəndə sayğacın girişindəki krantı açıb qazdan istifadə edirsiniz.

Birlik tərəfindən test sınaqları da keçirilib.

“Azəriqaz”dan yeniliyin tətbiq olunduğunu təsdiqləyiblər.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?