Modern.az

İlham Əliyevin Gürcüstan səfərinin proqramı AÇIQLANDI

İlham Əliyevin Gürcüstan səfərinin proqramı AÇIQLANDI

Təhsil

4 Noyabr 2015, 16:54

Noyabrın 5-də Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri başlayır.

Modern.az saytı Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Azərbaycan prezidentinin gürcü həmkarı Georgi Marqvelaşvili ilə təkbətək və geniş tərkibdə görüş keçirmələri, təhlükəsizlik, siyasət, iqtisadiyyat, ticarət, tranzit və mədəniyyət sahələrində ikitərəfli müqavilələrin imzalanması planlaşdırılır.

Bundan başqa, İlham Əliyev Gürcüstanın baş naziri, parlament spikeri və dini lideri II İlya ilə də görüşlər keçirəcək.

Səfər çərçivəsində İlham Əliyev azərabcyanlıların kompakt yaşadığı Kvemo-Kartli bölgəsinə səfər edərək

Marneulidə yaşayan soydaşlarımızla görüşəcək.

Səfər proqramı noyabrın 6-da başa çatacaq.

Vüqar İsmayılov  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi