Modern.az

Krımda təyyarə qəzaya uğradı: Keşiş və 3 nəfər öldü

Krımda təyyarə qəzaya uğradı: Keşiş və 3 nəfər öldü

Təhsil

5 Noyabr 2015, 09:33


Krımda Cessna şəxsi təyyarəsi qəzaya uğrayıb. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, hadisə noyabrın 4-də axşam saatlarında Klimentyev rauonundakı dağlıq ərazidə qeydə alınıb. İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər həlak olub.

Təyyarənin qəzaya uğramasının səbəbi hələ ki açıqlanmır. Bəzi məlumatlara görə, uçuş sanksiyalaşdırılmadığından sərnişinlərin şəxsiyyətini müəyyənləşdirmək hələ ki mümkün olmayıb.

Hüquq-mühafiqə orqanlarından verilən məlumata görə, qəzaya uğrayan təyyarədə Sudakdakı Svyato-Pokrovski kilsəsinin baş keşişi Nikon və həyat yoldaşı da olub. Onların hər ikisi qəza nəticəsində ölüblər.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi