Modern.az

Paytaxtda motosikletlərə qoyulan qadağa götürüldü

Paytaxtda motosikletlərə qoyulan qadağa götürüldü

5 Noyabr 2015, 20:20

 

Bir neçə gün əvvəl Bakının mərkəzi küçələrində motosikletlərin hərəkətini məhdudlaşdırmaq üçün qoyulan yol-hərəkət nişanları yığışdırılır. Modern.az lent.az-a istinadən xəbər verir ki, yol polisinin nəzarəti ilə quraşdırılan nişanların yığışdırılmasına başlanılıb və məhdudiyyət tamamilə aradan qaldırılıb.

Bildirilir ki, motosikletlərin hərəkətinin məhdudlaşdırılması qərarı bu nəqliyyat vasitələrinin motorlarının çıxardığı güclü səsə görə verilmişdi.

Qeyd edək ki, Azərbaycanda ümumi istifadədə olan yollarda motosikletlərin hərəkətinin məhdudlaşdırılması qanunla nəzərdə tutulmayıb. Lakin yaxın gələcəkdə bunun qanuniləşdirilməsi mümkündür.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?