Məşğulluq Mərkəzində qeydiyyatda olan uzunmüddətli işaxtaranların və işsizlərin məşğulluğunun təmin edilməsi, onların təkrarən əmək bazarının iştirakçısına çevrilməsini təmin etmək məqsədilə Xəzər rayon İH-nin dəstəyi ilə Xəzər rayon Məşğulluq Mərkəzi tərəfindən noyabrın 6-da Mərdəkan Mədəniyyət sarayında “Mini Əmək Yarmarkası “ təşkil olunub.
“Əmək Yarmarkası”nda 35 işəgötürən , 73 iş yeri ilə iştirak edib. Təqdim olunmuş iş yerlərində minimum əmək haqqı 150 manat maxsimum əmək haqqı 500 manat olub. İş yerləri əsasən turizim, otel, Bank , qida məhsulların istehsalı və digər xidmət sahələri üzrə olub. İri işəgötürənlərdən “Gazelli Qrup MMC, Kapital Bank ASC, Şeraton Hotels Qrup MMC, VİP AVİASİYA xidmətləri şirkətləri,Kənd təsərüfat müəssisəsi,Göknur Baku MMC, Dalğa Arena ,Silk Vey Aviaşirkəti “ MMC , Azersun yardımçı təsərüfatı və sair qeyd etmək olar. “Əmək Yarmarkası”nın ilkin nəticələrinə görə 231 nəfər işaxtaran iştirak edib , 27 nəfərə işə göndəriş verilmiş, 22 nəfər peşə təlimi və yenidən hazırliq kursları üçün qeydiyyata alınıb və 112 nəfərin CV-si gələcəkdə işə dəvət üçün işəgötürənlər tərəfindən qəbul edilib.Tədbirdə ƏƏSM yanında DMX-inin rəisi Anar Bədəlbəyli, rəisin müavini İ.Heydərov, Millət Vəkili R.Əliyev, Xəzər RİHB-nın müavini L.Əhmədova, Xəzər rayon YAP-nın sədri N.Əhmədov iştirak edib.