Modern.az

“Azərbaycan bayrağına hörmət hər bir vətəndaşın borcudur” - FOTOLAR

“Azərbaycan bayrağına hörmət hər bir vətəndaşın borcudur” - FOTOLAR

6 Noyabr 2015, 18:10


Noyabrın 7-də Azərbaycan Kooperasiya Universitetində “9 Noyabr Bayraq Günü”nə həsr olunmuş tədbir keçirilib. 

Modern.az xəbər verir ki, tədbir dövlət himinin səsləndirilməsi ilə açıq elan olunub.

Tədbiri AKU-nun Tədris işləri üzrə prorektoru dosent Fikrət Quliyev açıb.

O bildirib ki, hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapır.

“Azərbaycan Respublikasının bayragı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram göstərilməsi ölkə vətəndaşlarının müqəddəs borcudur.  Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul olunub. Üçrəngli bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilib. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsadət qaldırıb.

1991-ci il fevral ayının 5-də ölkə ictimaiyyətinin tələbi ilə Azərbaycan Respublikasının Ali Soveti "Dövlət Bayrağı haqqında" Qanun qəbul edərək üçrəngli bayrağa  Azərbaycan Respublikasının dövlət bayrağı statusunu verib. 1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını qəbul edib”.

Sonra çıxış edən professor Vilayət Əliyev və Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov da bu bayramın əhəmiyyəti haqqında danışıb və tədbir iştirakçılarını təbrik ediblər.

Sonda Dövlət Bayraq Gününə həsr olunmuş video-rolik təqdim olunub.


Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi