Modern.az

Yeni avtobus xətti istifadəyə verilir

Yeni avtobus xətti istifadəyə verilir

7 Noyabr 2015, 10:50


“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yeni 3 nömrəli marşrut xətləri istifadəyə verilir. 

Qurumdan Modern.az-a verilən məlumata görə, ilkin mərhələdə 7, 8 və 9 noyabr tarixlərində sınaq olaraq hər gün 8 ədəd avtobus xidmət göstərəcək.  

10 noyabrdan etibarən 3 saylı xətdə 18 ədəd avtovus xidmət göstərəcək.

Fransa istehsalı olan “İveco” avtobusları 3 saylı xətt üzrə “Azadlıq Prospekti” metro stansiyasından başlayaraq– Süleyman Sani Axundov küçəsi - Şövkət Məmmədova küçəsi – Səttar Bəhlulzadə - Atatürk prospekti – Nəsib bəy Yusifbəyli küçəsi – Səməd Vurğun küçəsi – Ənvər Qasımzadə küçəsi –Bakıxanov küçəsi – İnşaatçılar prospekti – Ə.Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Parlament prospekti – Şəhidlər Xiyabanı istiqamətində hərəkət edərək, Əks istiqamətdə Şəhidlər Xiyabanı - Parlament prospekti – Hüseyn Cavid prospekti – Ə.Haqverdiyev küçəsi – İnşaatçılar prospekti – Bakıxanov küçəsi – Xan Şuşinski küçəsi - Ənvər Qasımzadə küçəsi – Ceyhun Hacıbəyli küçəsi – Fətəli Xan Xoyski küçəsi – Koroğlu Rəhimov küçəsi - Fətəli Xan Xoyski küçəsi – Atatürk prospekti –Şövkət Məmmədova küçəsi – Cəfər Xəndan küçəsi – İbrahim Paşa Dadaşov küçəsi– Azadlıq prospekti m/st xətti üzrə hərəkət edir.  

Aytən ZƏHRA

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi