Modern.az

Buxarestdə gecə klubunda baş vermiş yanğında ölənlərin sayı 41-ə çatıb

 Buxarestdə gecə klubunda baş vermiş yanğında ölənlərin sayı 41-ə çatıb

8 Noyabr 2015, 00:36

 

Rumıniyanın paytaxtı Buxarestdə gecə klubunda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 41-ə çatıb. Modern.az saytı “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rumıniya səhiyyə nazirliyinin nümayəndəsi Rayed Ərafat bildirib.

Bundan əvvəl 38 nəfərin öldüyü bildirilirdi.

Qeyd edək ki, oktyabrın 31-nə keçən gecə köhnə ayaqqabı zavodunun binasında yerləşən  “Colectiv” gecə klubunda güclü yanğın baş verib. Hadisə zamanı gecə klubunda 400-dən çox adam olub.  Yanğına səbəb konsert zamanı buraxılan fişənglər olub.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?