Adana vilayətində Türkiyə polisinin antiterror əməliyyatları çərçivəsində 38 xarici vətəndaş saxlanılıb. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, saxlanılan şəxslərin 14-ü Azərbaycan vətəndaşı olduğu bildirilir.
Məlumata görə onlar Türkiyə ərazisindən Suriyaya keçəək “İslam dövləti” (İŞİD) tərkibində döyüşmək istəyiblər.
Azərbaycanlılarla yanaşı İndoneziya, İraq, Qırğızıstan, Tacikistan, İran və Əfqanıstandan olan vətəndaşlar da saxlanılıb.
Dəstənin içərisində 10 qadın və 15 uşağın olduğu qeyd edilib.
Modern.az