Modern.az

Əsgəri kim güllələyib? - Müdafiə Nazirliyindən AÇIQLAMA

Əsgəri kim güllələyib? - Müdafiə Nazirliyindən AÇIQLAMA

Təhsil

9 Noyabr 2015, 15:55


2015-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsindən hərbi xidmətə çağırılmış Silahlı Qüvvələrin hərbi qulluqçusu, 1996-cı il təvəllüdlü əsgər Siraclı Məhəmməd Malik oğlunun ölümü ilə bağlı Qazax Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə,baş vermiş hadisə ilə bağlı ictimaiyyətə dəqiq məlumatın çatdırılması məqsədilə müvafiq qaydada Müdafiə Nazirliyi və Hərbi Prokurorluq birgə tədbirlər həyata keçirir.

“Lakin bəzi kütləvi informasiya vasitələri tələskənliyə yol verərək qeyri-dəqiq, rəsmi təsdiqlənməyən məlumatlar yaymaqla ictimaiyyətdə yanlış təsəvvürün yaranmasına səbəb ola bilər. Buna görə də Silahlı Qüvvələr haqqında verilən xəbərlərin Müdafiə Nazirliyi ilə dəqiqləşdiriləməsi bir daha tövsiyə olunur”,-deyə Müdafiə Nazirliyi bildirib.

19 yaşlı Məhəmməd Siraclının ölüm xəbəri bir neçə gün öncə - noyabrın 7-də  ailəsinə verilib. Həmin gün hərbi hissədən ailə üzvlərinə zəng gəlib. Bildiriblər ki, Məhəmməd özünü silahla vurub.

Mərhum əsgərin əmisi Fikrət İsrafilov isə “Azadlıq” radiosuna bunları deyib: «Zəng edib dedilər, onu Gəncədəki 3 saylı xəstəxanaya aparıblar. Biz də Gəncəyə yola düşdük. Morqa qoymuşdular. Meyiti açıb tökdük, baxdıq ki, uşağın kürəyində 3 güllə yarası var. Dedik, «bu özünü necə vurub ki, güllə izləri kürəyindədir?» Adam öz kürəyinə necə atəş aça bilərdi? Sağ sinəsində, dodağında, boynunda qaraltılar vardı. Suallarımızı cavabandırmağa bir səlahiyyətli adam tapılmadı. Meyiti götürdük, gəldik».

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi