Modern.az

"Azərsu" ASC-nin keçmiş sədrinə təzə vəzifə verildi

"Azərsu" ASC-nin keçmiş sədrinə təzə vəzifə verildi

Təhsil

9 Noyabr 2015, 16:30

"Azərsu" ASC-nin keçmiş sədri Nizaməddin Rzayev bu quruma işə qayıdıb.

ASC-dən Trend-ə verilən məlumata görə, N.Rzayev "Azərsu" ASC-nin birinci müavini Teyyub Cabbarovun müşaviri təyin edilib.

N.Rzayev Prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə ASC-nin sədri vəzifəsindən azad edilmişdi. Dövlət başçısının digər sərəncamı ilə həmin vəzifəyə SOCAR-ın vitse-prezidenti Qorxmaz Hüseynov təyin edilib.
Nizaməddin Rzayev “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsinə 2005-ci ildə təyin edilmişdi. O, 6 il “Azərsu”da sədr olub.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi