Modern.az

SOCAR prezidenti Misirin Baş naziri ilə görüşüb

SOCAR prezidenti Misirin Baş naziri ilə görüşüb

9 Noyabr 2015, 20:04

 

Misir Ərəb Respublikasında səfərdə olan SOCAR prezidenti Rövnəq Abdullayev Qahirədə ölkənin Baş naziri İsmayıl Şərif ilə görüşüb. Modern.az saytı xəbər verir ki, görüşdə Misirin EGPC (Egyptian General Petroleum Corporation) şirkətinin rəhbəri Mohammad el Masri və Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiri Şahin Abdullayev iştirak ediblər. Rövnəq Abdullayev SOCAR-ın Misirə xam neft təchizatı və EGPC şirkəti ilə mövcud əməkdaşlıq əlaqələrindən danışıb, SOCAR-ın Azərbaycanda və xaricdə həyata keçirdiyi layihələr barəsində məlumat verib. SOCAR prezidenti Misirdə əməkdaşlıq imkanları olduğu təqdirdə bu ölkədəki layihələrdə iştirak etməyə maraq göstərildiyini də ifadə edib.

Misir Ərəb Respublikasının Baş Naziri İsmayıl Şərif SOCAR-ın Misirdəki fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib,  SOCAR ilə EGPC arasındakı əməkdaşlıq əlaqələrinin mövcud səviyyəsinin məmnunluq doğurduğunu söyləyib. Misirin neft-qaz sənayesində investisiya imkanlarının geniş olduğunu qeyd edən cənab Şərif SOCAR-ı bu imkanları dəyərləndirməyə dəvət etmiş və Misir dövlətinin SOCAR-ın bu ölkədəki işgüzar fəaliyyətini dəstəkləməyə hazır olduğunu vurğulayıb.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi