Axtarışda olan şəxsdən narkotik vasitə və silah götürülüb. Modern.az saytı xəbər verir ki, daxili işlər orqanları əməkdaşları Qazax rayonunun İkinci Şıxlı kəndində yerləşən kafedə Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə axtarışda olan Ceyhun Abdullayevi saxlayıb. Bu zaman Ceyhun Abdullayev RPŞ-nin baş əməliyyat müvəkkili İsgəndər Həsənova müqavimət göstərib.
Görülən tədbirlərlə C.Abdullayev tutulub. Ondan qumbara, 700 qram marixuana, habelə idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı 3 ədəd metadon və 17 ədəd psixotrop dərman həbləri aşkar edilərək götürülüb.
Modern.az