Modern.az

Lavrov Sərkisyanla razılığa gəldi

Lavrov Sərkisyanla razılığa gəldi

10 Noyabr 2015, 09:53

Ötən gün Yerevanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan prezidenti Serj Sərkisyanla görüşüb.

Modern.az saytının Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, tərəflər iki ölkə arasında iqtisadi, humanitar və hərbi-texniki sahələrdə əməkdaşlığın ardıcıl surətdə inkişaf etməsi üçün razılığa gəliblər.  

Serj Sərkisyan regional təhlükəsizlik və sabitliyin bərqərar olması üçün Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki rolunu yüksək qiymətləndirib.  

Sergey Lavrov isə bildirib ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə alternativ yoxdur.  

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi