Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov vəzifəyə təyin edildikdən sonra keçirdiyi müşavirədə Təhsil şöbəsinin müdir əvəzi Vaqif Ələkbərovun işindən narazılıq edərək, onu tutduğu vəzifədən azad etmişdi. V.Ələkbərovun səlahiyyətləri isə müvəqqəti olaraq Sumqayıt Şəhər Təhsil Şöbəsində metodkabinetinin direktoru Sabir Məmmədova həvalə olunmuşdu.