Modern.az

"Qarabağ ətrafındakı rayonlar boşaldılır” - Ermənistanda qorxu

"Qarabağ ətrafındakı rayonlar boşaldılır” - Ermənistanda qorxu

10 Noyabr 2015, 11:34


Ermənistanın “Aykakan Jamanak” qəzeti sensasiyalı iddia ilə çıxış edib. Modern.az qəzetə istinadən xəbər verir ki, Rusiya Dağlıq Qarabağ ətrafında yerləşən rayonların Azərbaycana qaytarılması təklifi ilə çıxış edib.

Qəzet iddia edir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri də məhz bu təklifə əlaqələndirilir.  

“Hakimiyyətdəki mənbələrin əldə etdiyi məlumata görə, Rusiya Ermənistandan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana güzəştə getməsini tələb edir.

Bunun qarşılığında isə Moskva Bakının Avrasiya İttifaqına üzv olmasına razılığını almaq istəyir. Mənbənin məlumatına görə, Lavrovun Ermənistana səfəri zamanı əsas müzakirə mövzusu məhz bu məsələ olacaq”.    

Vüqar İsmayılov         

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi