Modern.az

“Bank Techniquе” yenidən təcili pul köçürmələri sisteminə qoşulub

“Bank Techniquе” yenidən təcili pul köçürmələri sisteminə qoşulub

10 Noyabr 2015, 12:34


“Bank Techniquе” Açıq Səhmdar Cəmiyyətində “Zolotaya korona” sistemi üzrə təcili pul köçürmələrinə start verilib. Bu barədə Modern.az-a bankdan məlumat verilib.

MDB-yə daxil olan, yaxın və uzaq 20-yə yaxın xarici ölkəni əhatə edən sistem vasitəsilə xidmətlər Bankın bütün filial və şöbələrində göstərilir.

Müştərilər vəsaitləri iki valyutada: ABŞ dolları və Rusiya rublu ilə göndərə və ala bilərlər. Sərfəli tariflərlə - 1 faizdən (məbləğdən və istiqamətdən asılı olaraq) seçilən köçürmələr ani, ünvansız və hesab açılmadan həyata keçirilir.   

“Korporativ biznes sektoru ilə yanaşı, fərdi müştərilər sektorunu dinamik inkişaf etdirmək niyyətindəyik.

MDB məkanında lider hesab edilən “Zolotaya Korona” təcili pul köçürmələri sistemi ilə əməkdaşlıq etməklə, Bank, maliyyə bazarında mövqelərini bir qədər də möhkəmləndirir və müştərilərinə ani pul köçürmələrinin geniş imkanlarını təqdim edir”, - “Bank Technique”in biznesin inkişafı departamentinin direktor müavini Fərid Babayev deyib.  

“MDB ölkələrində pul köçürmələri ən tələb olunan məhsuldur: “Əməkdaşlıq etdiyimiz banklarla birgə “Zolotaya Korona” servisini maksimal dərəcədə rahat, sürətli və əlçatan etməyə çalışırıq.

Azərbaycan bank sahəsinin aparıcı banklarından olan, “Bank Technique” ilə əməkdaşlıq nəticəsində daha çox sayda respublika sakinləri müasir maliyyə xidmətindən istifadə edə biləcək”, - bunu isə “Zolotaya Korona” servisinin direktoru İvan Sitnov qeyd edib.    

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi