Modern.az

Şeyx Əbdül mətbuat konfransı keçirəcək: “Buna məcburam”

Şeyx Əbdül mətbuat konfransı keçirəcək: “Buna məcburam”

10 Noyabr 2015, 13:00

“Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 3 məhkəmə qərarının icrasından boyun qaçırır. 3 dəfə məhkəmə mənim xeyrimə qərar çıxarıb. Amma ortada heç bir yenilik yoxdur. Mən də məcbur olub mətbuat konfransı keçirəcəyəm. Görürəm ki, daha əlac kəsilib. Mənim də əlimdən heç nə gəlmir, çarəm ona qalıb ki, jurnalistlərdən kömək istəyəm”.

Bunu Modern.az saytına açıqlamasında tanınmış rejissor Əbdül Mahmudov bildirib. Qeyd edək ki, “Qış Parkı”nın tikintisi zamanı rejissorun evinə ciddi ziyan dəyib. Məhkəmə qərarına əsasən, dəymiş ziyan Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qarşılanmalı, yaxud ev təmir olunmalı idi.

Rejissorun dediyinə görə üç məhkəmə onun xeyrinə qərar çıxarsa da, qarşı tərəf həmin qərarların icrasından boyun qaçırır.

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi