Binəqədi rayon Sukanal İdarəsi yeni ünvana köçüb.
Modern.az xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Binəqədi rayon Sukanal İdarəsinin yeni ünvana köçməsi ilə bağlı istehlakçılara xəbərdarlıq edib.
Məlumat üçün bildirək ki, Binəqədi rayon Sukanal İdarəsi hazırda Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 101 ünvanında yerləşir. Abunəçilər su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı yaranmış suallarla əlaqədar yeni ünvana müraciət edə bilərlər.
Modern.az