Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı narkotik maddə alverçiləri saxlanılıb. İran İslam Respublikası vətəndaşı Lətifi Qulamzadə Azərbaycanın dövlət sərhədlərini qanunsuz keçərək, 1.3 kiloqram narkotik maddə olan heroini satış məqsədi ilə ölkə ərazisinə keçirməyə nail olub. Daha sonra L.Qulamzadə Cəlilabad rayon sakini Elməddin Mehman oğlu İsbarov ilə rayonun Məlikqasımlı kəndində görüşüb. Əməliyyat zamanı hər iki şəxs narkotik maddəni ataraq qaçmaq istəsələr də onlar yaxalanıblar.
Qeyd edək ki, saxlanılan İran vətəndaşı əvvəllər də Azərbaycan ərazisində həbs olunaraq öz ölkəsinə təhvil verilib.
Hazırda faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir. (Report.az)