İran dövlət televiziyasının 2-ci kanalında Azərbaycan türklərini təhqir edən materialın verilməsindən sonra buna qarşı etirazlar başladı.
Çünki 35 milyondan çox bir toplumun, Azərbaycan türklərinin yaşadığı İran İslam Respublikasında onların haqq və hüquqlarının kobud şəkildə tapdanması az deyilmiş kimi hələ təhqir də olunurlar.Siyasi şərhçi Sədrəddin Soltan Modern.az saytına açıqlamasında bu kimi təhqir hallarının və qeyri-obyektiv münasibətin yeni bir hadisə olmadığını deyib:
“Ümumiyyətlə, İranın kütləvi informasiya vasitələrində bu kimi təhqiramiz materialların yayılması ilk dəfə deyil. 2006-cı il may ayında İran qəzetində Azərbaycan türklərini təhqir edən yazı dərc olunmuşdu. O zaman da Cənubi Azzərbaycanda və İranın başqa şəhərlərində buna qarşı etiraz aksiyası keçirildi.
O zaman da 20 dən çox aksiya iştirakçısı şəhid oldu və 1000-ə yaxın insan isə müxtəlif müddətlərə azadlıqdan məhrum edildilər.
Bu aksiya da ona oxşardır. Başqa sözlə, Azərbaycan türklərinin milli varlığına və heysiyyatına qarşı düzənlənmiş biri əməliyyatdır. Düzdür İran Radio-Televiziya şirkətinin rəhbəri Azərbaycan türklərindən üzr istəyib. Bu gecikmiş üzrhaxlıqdır. Bu, Azərbaycan türklərinə İran İslam Respublikasının münasibətidir. Başqa sözlə, İrandakı fars mənşəli düşüncə sisteminin türklərə münasibətdir”.
Baş verən aksiya haqqında da danışan siyasi şərhçi qeyd edib ki:
“Ümumiyyətlə, bu aksiya deyil. Sadəcə olaraq Azərbaycan türkünün təhqir olunmasına etirazdır. Azərbaycan türkü öz varlığını göstərir”.
Budan başqa Sədrəddin Soltan İranın Azərbaycanla münasibətlərində hər zaman qaydaları pozduğunu da söyləyib: “İran tərəfi həmişə Azərbaycanla münasibətdə oyun qaydalarını pozur.
Azərbaycanda İran meyilli kəsimlərin pozuculuq fəaliyyəti Azərbaycan dövlətinə yönəlmiş bir addımddır. Azərbaycan türkü öz haqqını tələb edir və bunu qoruyur. İranda türklərin öz dilində məktəbi, qəzeti, radiosu, öz əlifbası yoxdur.
Bu millət öz ibtidai haqq və hüquqlarından məhrum olunublar.
Bu hadisələri İran hakimiyyətinin öz içərisindən qızışdırırlar. İranda bu gün hakimiyyətdə olan kəslərin bir qisminə, məsələn Ayətullah Xamneyiyə bu cür halların baş verməsi sərf eləmir. İran hakimiyyəti öz KİV-lərində,TV-lərində bu məsələni aydınlaşdırmalıdır. Xamneyi təbii ki, bu kimi hadisələrin baş verməsində o qədər də maraqlı deyil.
İran TeleRadio şirkətinin sədrini İranın Ali Dini Rəhbəri Ayətullah Seyid Əli Xamneyi təyin edir. Deməli belə çıxır ki, İranın Televiziya və Radio şirkəti Ayətullah Xamneyinin əleyhinə fəaliyyət göstərir”.
Ağa Akifoğlu