Modern.az

Hakim partiya geniş islahatların anonsunu verdi

Hakim partiya geniş islahatların anonsunu verdi

Təhsil

10 Noyabr 2015, 17:29


Türkiyənin baş naziri Əhməd Davudoğlu parlament seçkilərində inamlı qələbə qazanan Ədalət və İnkişaf Partiyasının (AKP) geniş islahatlar paketinin olduğunu deyib.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ölkədə geniş məhkəmə, sosial və iqtisadi islahatlar gözlənilir:

“1 noyabr seçkilərindıən sonra biz Türkiyə qanunuverciliyinə dəyişikliyi nəzərdə tutmayan tədbirlər paketini özümüz üçün 3, 6 və 1 illik dövrlərə ayırdıq. Buraya minimal əmək haqlarının artırılması, polislərə, hərbçilərə və kiçik sahibkarlığa sosial dəstək paketləri daxildir. 6 aydan sonra isə uzun müddətli perspektivə yönələn islahatlar başlayacaq”.    

Əhməd Davudoğlu ölkənin hərbi qüvvələrinin İraq-Şam İslam Dövləti (İŞİD) qruplaşmasına və  PKK-ya hücum əməliyyatlarını davam etdirəcəklərini deyib.  

Türkiyədə noyabrın 1-də keçirilən parlament seçkilərində Əhməd Davudoğlunun rəhbərlik etdiyi AKP 49,5 faiz səs toplayaraq yenidən təkbaşına hökumət qurmaq şansı əldə edib.      

Vüqar İsmaylıov      

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?