Modern.az

Ermənistan təmas xəttinə “Qrad” yerləşdirdi - FOTOLAR

Ermənistan təmas xəttinə “Qrad” yerləşdirdi - FOTOLAR

Təhsil

10 Noyabr 2015, 17:42

Ermənistan rəhbərliyi təmas xəttində süni gərginlik saxlamaq üçün növbəti təxribata əl atıb. Modern.az saytı sosial şəbəkələrdən əldə etdiyi məlumata əsasən xəbər verir ki, həmin fotolarda “Qrad” reaktiv atəş sistemlərinin gizli mövqelərdə yerləşdiyi göstərilir.

Erməni hərbçiləri fotoların altında “Qrad” sistemlərinin Azərbaycan-Ermənistan təmas xəttinin şərq və cənub mövqelərində yerləşdirildiyini və müəyyən məqamda istifadə oluna biləcəyini yazıblar..

“Qrad” reaktiv atəş sistemləri 425 millimetrə qədər kalibri olan mərmilərlə atəş açır. Raketlərin hədəfi vurma məsafəsi isə 45 kilometrə bərabərdir.




Vüqar İsmayılov

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?