Modern.az

Goranboyda tələbələri daşıyan avtobus qəzaya uğrayıb - 13 nəfər yaralanıb

 Goranboyda tələbələri daşıyan avtobus qəzaya uğrayıb  - 13 nəfər yaralanıb

Təhsil

10 Noyabr 2015, 20:20

 

Bu gün axşam saatlarında Goranboy rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb. Modern.az saytı APA-nın məlumatına görə, məlumatına görə Azərbaycan Dövlət Aqrar Universitetin tələbələrini daşıyan “Hyundai” markalı avtobusla Bakı-Gəncə marşurutu ilə hərəkət edən “Mercedes” markalı avtobus toqquşub. Qəza zamanı “Hyundai”da olan 13 tələbə müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. Hadisənin təfərrüatları ilə bağlı məlumat veriləcək. 

Artıq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilən gənclərin adları məlum olub:

Musayev Nəbi 1996 Bakı Mirzəyeva Aidə 1996 Ağsu Qurbanov Saleh 1996 Şəki Həmidli Həmid 1992 Zərdab İsmayılzadə Vüqar 1994 Tovuz Bəhrəmiyyə Nərgiz 1996 Bərdə Babakişiyev Toğrul 1995 Gəncə Məmmədova Fərqanə 1990 Ağstafa Paşayeva Könül 1994 Gəncə Abbasova Könül 1993 Mingəçevir Allaverdiyev Davud 1993 Goranboy Abbasov Saleh 1967 Gəncə Əhmədova Mahirə 1995 Gəncə Qocayeva Zeynəb 1996 Qax Seyidov Seyidəziz 1996 Şəki Ağazadə Tofiq 1995 Yardımlı  

Modern.az

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi